Smm adlandırılan bu sahə Sosial Media Marketinq olaraq bilinir və tam olaraq sosial şəbəkələr üzərində tam peşəkar Marketinq Fəaliyyətlərinin həyata keçirilməsi prosesidir.
Yəni Smm hamının bildiyi kimi instagramda yaxud tiktokda gündəlik paylaşımlar etmək yaxud takipçi sayı artırmaq ( instagram panellər kimi) işləridir demək olmaz! Çoxlarının fikrincə smm video çəkən post düzəldib paylaşmaq və ayda birdəfə instagram üzərindən Sponsorlu reklam etməkdən ibarətdir. Birdaha deyirəm bu və buna bənzər fikirlər tam yanlışdır!!!
Yaxşı Bəs Əslində Smm Nədir ?
Hər hansı bir məhsul və yaxud xidməti sosial şəbəklərdə tam professional şəkildə tanıtmaq, satmaq, ve reklam etmək, marka imici yaratmaq üçün öncədən bazar araşdırması etdikdən sonra vahid strategiya ilə müştəriləri cəlb edən kontentlərdən istifadə etmək və bu kontentləri peşəkar Smm reklamları ilə formalaşdırılmış potensial müştəri kütləsinə satış etməkdir.
Post Views: 56
Bir cevap yazın